logo
ENGRUS

MƏHSULLAR

 

Bizim strategiyamız ixrac potensialının artırılmasını və idxalın əvəz edilməsini təmin edəcək rəqabətcil məhsulların istehsalına yönəlmişdir.

Polipropilen (PP) qablaşdırma materialları, tekstil, dəftərxana ləvazimatı, avtomobil hissələri, elektron və elektrik cihazları və başqa bu kimi sektorlarda geniş çeşidli istehlak mallarının və komplektləşdirmə hissələrinin istehsalında istifadə olunan əsas xammaldır. Təhlükəsiz plastik adlandırılan polipropilen qida məhsullarının qablaşdırılması və tibb sənayesi sahələrində rahatlıqla istifadə oluna bilər.
Yüksəksıxlıqlı polietilen (YSPE) yüksək təzyiqə davam gətirən qaz, su və kanalizasiya boruları da daxil olmaqla geniş çeşidli məhsulların istehsalında xammal kimi istifadə oluna bilər.
LyondellBasell və Ineos belə lisenziyaçı şirkətlərdəndir. Onlar “SOCAR Polymer”i müvafiq olaraq polipropilen və yüksək sıxlıqlı polietilen istehsalı üçün tələb olunan texnologiyalarla təmin etmişlər. Bu cür etibarlı lisenziyaçı şirkətlərlə əməkdaşlıq “SOCAR Polymer”in istehsal etdiyi məhsulların ən yüksək beynəlxalq standartlara cavab verməsinə zəmanətdir.

 

 

 

 

 

Məhsulun satış planı

ALICILAR ÜÇÜN MƏLUMAT

Polipropilen (PP). Məhsul portfeli. 
Markaları, xassələri və istifadə olunma sahələri

Yüksək sıxlıqlı polietilen (YSPE). Məhsul portfeli. 
Markaları, xassələri və istifadə olunma sahələri

SATINALMA QİYMƏTİ TƏKLİF EDİN

Avrasiya Gömrük Birliyinin ərazisində həyata keçirilən satışlar Avrasiya Gömrük Birliyinin ərazisində satışlar (ƏDV daxil olmaqla gömrük rəsmiləşdirilməsindən keçmiş mallar) SOCAR-ın müvafiq struktur bölməsi vasitəsi ilə regional anbarlardan həyata keçirilir. Daha ətraflı məlumat əldə etmək üçün satış şöbəsi ( sales@socarpolymer.az ) ilə əlaqə saxlaya bilərsiniz.