logo
ENGRUS

KARYERA

“SOCAR Polymer” istedadlı şəxsləri şirkətdə işləməyə dəvət edir və onların işə götürülməsi üçün əlverişli şərait yaradır. İstər tələbə olun, istər yeni məzun, istərsə də təcrübəli peşəkar, öz karyera inkişafınızın yeni pilləsinə qalxmaq üçün sizə verilən bu gözəl imkanı dəyərləndirməyə tələsin!

Namizədlərin şirkətdə işə qəbulu yalnız onların kvalifikasiyası, peşəkar bacarıqları və şirkətin tələblərinə müvafiqliyi əsasında həyata keçirilir. Əgər siz Azərbaycanın neft-kimya sənayesini gələcəyə aparan şirkətdə işləmək və novator olmaq istəyirsinizsə, əgər siz regiondakı iki ən müasir, nəhəng və yeni imkanlar yaradan zavodun yüksək səviyyəli peşəkar kollektivinə qoşulmaq arzusundasınızsa, onda bu şirkət – sizin ən yaxşı seçiminizdir!

Nəzərə alın ki, burada göstərilən möhlətlər təqribi xarakter daşıyır. Belə ki, daxil olan ərizələrin həcminin böyük olması işəgötürmə prosesinin bir qədər çox davam etməsinə gətirib çıxara bilər. Nə “SOCAR Polymer”in özü, nə də bizim adımızdan işə götürməklə məşğul olan istənilən digər təşkilat ərizələrin qəbulu və işlənməsi prosesində ərizə verən şəxslərdən heç bir nağd pul və ya digər ödəniş tələb edə bilməz. Bizdən birbaşa və ya dolayı iş təklifi alan istənilən şəxs işəgötürmə prosesini tam olaraq keçməlidir.