logo
ENGRUS

IMS attestasiyası

IMS attestasiyasından uğurla keçdik

 

“SOCAR Polymer” şirkəti “TÜV Austria Cert GmbH” təşkilatından üç IMS (Vahid idarəetmə sistemi – Integrated Management System) sertifikatı əldə etmişdir ki, bu da şirkətin fəaliyyətinin müvafiq beynəlxalq standartlara cavab verdiyinə və daha çox inkişaf etmək niyyətində olduğuna dəlalət edir:

 

Keyfiyyəti İdarəetmə Sistemi - EN ISO 9001:2015 standartının tələblərinə cavab verir

Ətraf Mühiti İdarəetmə Sistemi - EN ISO 14001:2015 standartının tələblərinə cavab verir

Peşə Sağlamlığı və Təhlükəsizlik Texnikasının İdarə Edilməsi Sistemi - ISO 45001:2018 standartının tələblərinə cavab verir.

 

 

Bu sertifikatlar “SOCAR Polymer”ə hansı üstünlükləri verir?

 

İdarəetmə sistemlərinin qiymətləndirilməsi və attestasiya üçün akkreditə edilmiş “TÜV AUSTRIA” təşkilatının verdiyi sertifikatlar bütöv Avropa İqtisadi Zonasında və dünyanın bir çox ölkəsində tanınır və qəbul olunur. Bu təşkilat tərəfindən sertifikatlandırılmış bir şirkətdə hüquqi təhslükəsizlik və korporativ proseslərin şəffaflığının mövcudluğuna əminlik yaranır, şirkətin iqtisadiyyatda etibarla qəbul olunması təmin olunur, və işgüzar tərəfdaşlar, sərmayəçilər, hakimiyyət orqanları və ictimaiyyətdə şirkətə inam yaranır.

 

Attestasiya zamanı nə cür qiymətləndirmə aparılmışdır?

 

Bütün departamentlərdə gedən işgüzar proseslərin “SOCAR Polymer”in Vahid idarəetmə sisteminin (IMS) standartlarının bənd və yarımbəndlərində qeyd olunmuş 177 tələbə cavab verib-verməməsi yoxlanılmışdır:

 

 

Vahid idarəetmə sistemi (IMS) nədir?

 

Vahid idarəetmə sistemi (IMS) bir sıra müxtəlif standartların üzvi vəhdətindən ibarət olan və həmin standartların hər birinin tələblərinə cavab verən bir sistemdir. Belə sistem təşkilatlara vahid məqsədləri olan bir struktur kimi fəaliyyət göstərməyə imkan verir.

 

IMS-in verdiyi üstünlüklər sırasına aşağıdakılar daxildir: 

 

IMS sisteminin tətbiqi Şirkətimizi daha da səmərəli, təhlükəsiz və ekoloji cəhətdən daha təmiz olmasına kömək edəcək.