“SOCAR Polymer”in 6 əməkdaşı 22-26 dekabr tarixlərində “SOCAR Petkim” zavoduna səfər etdilər. Səfər çərçivəsində mütəxəssislərimiz zavodun DCS (paylanmış idarəetmə sistemi) otağı ilə tanış oldular, zavodda gedən prosesləri müşahidə etmə imkanı əldə etdilər. Daha sonra əməkdaşlarımız onlayn sənəd nəzarəti sistemi, müxtəlif icazə sistemləri və digər əməliyyat prosedurlarının idarə olunmasına dair yeniliklərlə tanış oldular . “SOCAR Petkim” şirkəti tərəfindən təşkil olunan ekskursiya zamanı polimer istehsalında tətbiq olunan ən son yeniliklər haqqında müzakirələr aparıldı və əməkdaşlarımız tərəfindən verilən suallar cavablandırıldı.