“SOCAR Polymer” zavodunda davam edən TTXƏT prosesində iştirak üçün 18 yerli və 16 xarici şirkət olmaqla ümumilikdə 34 şirkətdən mütəxəssis heyəti dəvət olunmuşdur. Xarici mütəxəssis heyəti əsasən Avropa ölkələrindən, habelə Yaponiya, Hindistan və Türkiyədəndir. Üçüncü tərəflər zavod ərazisində quraşdırılan qurğuların əsaslı təmirinə cəlb olunmuşdurlar. Bu günə qədər Yaponiyadan gələn mütəxəssislər ekstruder binasında yerləşən əsas ekstruder avadanlığında, Belçika, Avstriya və Fransadan gələn nümayəndə heyəti isə müvafiq olaraq karton lövhə yerləşdirən qurğunun quraşdırılmasında, habelə reaktor nasosunun 5 ildən bir əsaslı təmir işlərinin həyata keçirilməsində iştirak etmişdirlər.