logo
ENGRUS

Sumqayıt şəhərinin 75 illik yubileyi qeyd edildi

“SOCAR Polymer” şirkəti Sumqayıt şəhərinin 75 illik yubileyi münasibətilə təşkil olunmuş sənaye sərgisində korporativ stendlə təmsil edildi. Sərgi “İlham Əliyev Sumqayıt şəhərinin sürətli sosial-iqtisadi inkişafının qarantıdır” mövzusunda keçirilən elmi-praktiki konfrans çərçivəsində təşkil olunmuşdu. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhərin aparıcı sənaye müəssisələrinin rəhbərləri və digər rəsmi şəxslər iştirak etdilər. Tədbir zamanı “SOCAR Polymer” stendinə yaxınlaşan sərgi iştirakçılarına məhsullarımız nümayiş olundu və onların tətbiq sahələri haqqında ətraflı məlumat verildi. Qeyd edək ki, sərgidə “SOCAR Polymer” şirkəti ilə yanaşı Sumqayıt Kimya SənayeParkının digər rezidentləri, Azərikimya İstehsalat Birliyi, SOCAR Karbamid zavodu, ATS FOOD MMC, Gilan Tekstil MMC və s. müəssisələrinin məhsulları da nümayiş etdirildi.