logo
ENGRUS

Sükutla anılan qəhrəmanlıq

27 sentyabr tarixində “SOCAR Polymer” zavodunda şəhid əməkdaşımız Azad Bəkirlinin timsalında 44 günlük Vətən müharibəsində həlak olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı. Şəhid əməkdaşımızın məzarı ziyarət edildi və “SOCAR Polymer” kollektivi adından məzarına gül çələngi qoyuldu. Azad Bəkirli Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. Zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Onların vətən sevgisi hər birimiz üçün örnək olaraq qalacaq.