logo
ENGRUS

Milyonuncu ton məhsul istehsal edildi

8 avqust tarixində "SOCAR Polymer" zavodunda milyonuncu ton məhsulun istehsalı həyata keçirildi. Zavodun istifadəyə verildiyi gündən bu günə qədər istehsal edilmiş bir milyon ton məhsulun 69,4%-i polipropilen, 30,6%-i yüksəksıxlıqlı polietilen olmuşdur. Ən son texnologiyalar əsasında ərsəyə gələn yüksək keyfiyyətli polimer məhsullarımız həm yerli, həm də xarici bazarlara çıxarılır.