Ölkənin müxtəlif ali təhsil müəssisələrinin bakalavrın son kursu və magistratura pillələrində təhsil alan gənc istedadlar üçün nəzərdə tutulmuş “Yay təcrübə proqramı – 2024” çərçivəsində 28 nəfər təcrübəçi “SOCAR Polymer” şirkətində ilk təcrübə gününə başladılar.
8 həftə ərzində insan resursları, mühəndislik və texniki xidmət, təchizat zəncirinin idarə edilməsi və s. olmaqla ümumilikdə 12 şöbəni əhatə edən proqram çərçivəsində təcrübəçilər təhsil aldıqları müddətdə yiyələndikləri biliklərin praktikada tətbiqini öyrənəcək, zavodumuzda gedən istehsal prosesi ilə yaxından tanış olma imkanı əldə edəcəklər.