SƏTƏM Siyasəti

Sağlamlığın Qorunması, Təhlükəsizlik Texnikası və Ətraf Mühitin Mühafizəsi ilə bağlı Daxili Siyasət Bəyanatı

Sağlamlığın, Əməyin Təhlükəsizliyinin qorunması və Ətraf Mühitin mühafizəsi (SƏTƏM) məsələləri “SOCAR Polymer” ММС-nin fəaliyyətinin tam diqqət mərkəzində dayanır.

Bu Daxili Siyasət Bəyanatı Şirkətimizin əməkdaşlarının, subpodratçılarının, sifarişçilərinin, qonaqlarının və ətraf yaşayış məntəqələrinin, habelə fəaliyyətimizdən təsirlənə biləcək tərəflərin qorunmasına sadiq olduğunu nümayiş etdirir. Fəaliyyətimiz prosesində fövqəladə hadisələrə, qəzalara və ətraf mühitə ziyan dəyməsinə yol verməmək üçün bu Bəyanatda irəli sürülən tətəblərin yerinə yetirilməsi “SOCAR Polymer” MMC-nin bütün əməkdaşlarının borcudur. 

Bu məqsədlərə çatmaq üçün biz aşağıda qeyd edilən prinsiplərə sadiq qalırıq, belə ki:

  • SƏTƏM-in bütün aspektləri ilə əlaqədar irəli sürülən milli və beynəlxalq qanunvericilik və standart tələblərinə riayət edirik;
  • Əməkdaşlarımızın, podratçı və subpodratçılarımızın şəxsi heyyətini, qonaqlarımızın, habelə ətraf əhalinin sağlamlığını və təhlükəsizliyini qoruyuruq;
  • Faaliyyətimizin göstərə biləcəyi əlverişsiz təsirin mütəmadi olaraq minimuma endirilməsi sayəsində ətraf mühiti qoruyuruq;
  • Şirkətimizdə tətbiq olunan SƏTƏM idarə etmə sistemini, ümumilikdə əmək göstəricilərini və SƏTƏM mədəniyyətini mütəmadi olaraq təkmilləşdiririk;
  • Şirkətdə tətbiq olunan İşə nəzarət (COVV) sisteminin, İşin icrası üçün icazə (PTVV) və Bloklamalqıfıllama (LOTO) qaydalarının tələblərinə riayət edirik;
  • Təhlükəsizlik idarəetmə sistemimizi dəstəkləmək üçün müvafiq proses təhlükəsizliyi alətləri və texnikalarından istifadə edəcəyik;
  • Mümkün olan yerlərdə təhlükələri aradan qaldırmaq üçün dizaynda təhlükəsizliyi nəzərə alacaq və istifadə edəcəyik;
  • Əmin olacağıq ki, işçilərimiz proses təhlükəsizliyini və onların təhlükəsizlik baxımından kritik reaksiyasını başa düşsünlər.

Sadalanan öhdəliklərin yerinə yetirilməsi üçün biz mövcud prosedurlara, siyasətlərə və tələblərə mütəmadi olaraq yenidən baxmaq və yenilərini işləyib hazırlamaqla yanaşı hazırkı SƏTƏM idarəetmə sistemini tətbiq edəcəyik. Bu Siyasetin icrası və monitorinqinin təmin olunması “SOCAR Polymer" MMC şirkafinin rəhbərliyinə həvalə edilir.

 

Bu Siyasətin icra edilməsi üçün biz, minimal olaraq, aşağıdakı SƏTƏM öhdəliklərinin yerinə yetirilməsini təmin edəcəyik:

  • SƏTƏM-lə əlaqədar bütün məsələlər üzrə milli və beynəlxalq qanunvericilik tələblərinə riayat və əməkdaşlıq edəcəyik;
  • Bütövlükdə fəaliyyətimizdən irəli gələ bilən riskləri aşkar edib, praktiki cəhətdən mümkün qədər riski azaldaraq SƏTƏM sistemini Şirkətin bütün əməliyatlarına inteqrə edəcəyik;
  • Şirkətin Ekoloii Tədbiriar Planına uyğun olaraq ətraf mühitin çirklənmə dərəcəsinin azaldılmasını təmin edəcəyik;
  • İcazə əldə etmə (PTVV) va Bloklamaiqıfıllama (LOTO) qaydalarının standart tələblərinə riayət olunmasını təmin etmək məqsədilə İşə nəzarət (COVV/)-İşin icrası üçün icazə sistemi (PTVV) haqqına şirkət daxili və şirkətdən kənar zəruri təlimlər keçirəcəyik; 
  • Şəxsi nümunə göstərməklə liderlik etmək mədəniyyətinin prinsiplərinə əməl edəcək, təhlükəli davranış və ya təhlükəli iş şəraiti aşkar olunduqda istənilən anda “İşi Dayandır” qaydasını tətbiq edəcəyik və məruzə etmə/hesabat vermə mədəniyyətini artıracağıq:
  • Normativ tələblərə adekvat səviyyədə riayət etmək və uyğunluq təmin etmək məqsədilə SƏTƏM sahəsində vaxtı- vaxtında və müntəzəm olaraq müvafiq müşahidələr, təlim-məşqlər, təftişlər və auditlər planlaşdırıb keçirəcəyik;
  • Baş verən hər növ fövqəladə hadisələr barədə müvafiq qaydada məruzə edəcək, araşdırma və qeydiyat aparacaq və təkrar olunmasının qarşısını almaq üçün baş verən hadisələrdən çıxarılan nəticələri bölüşəcəyik;
  • Əməkdaşların iş yerlərində insan həyatını və texnoloii prosesi təhdid edə bilən riskləri aşkar etmək bacarıqlarını artırmaq məqsədilə SƏTƏM məsələlərinə həsr edilən yığıncaqlar və iş yerlərində qısa təlimatlandırmalar təşkil edəcək və həmin tədbirlərdə iştirak edəcək, habelə auditlərin və gündəlik müşahidələrin nəticələrini aidiyyatı üzrə bölüşəcəyik;
  • Bütün qəza-xilasetmə, yanğınsöndürmə və təhlükəsizlik baxımından son dərəcə vacib olan avadarılıqların müntəzəm monitorinqini və təftişini aparacaq və bütün belə avadanlıqların istehsalçı təlimatlarına uyğun olaraq istismar olunmasını təmin edəcəyik.

“SOCAR Polymer” MMC şirkətinin Baş Direktoru olaraq mən sözügedən siyasətin hamının nəzərinə çatdırılması və tətbiq edilməsi, habelə onun effektivliyinin müntəzəm monitorinqinin aparılması prosesinə nəzarət edəcəyəm.

Bununla mən bəyan edirəm ki, əməliyatlarımızın fasiləsiz və uğurlu olması üçün SƏTƏM həlledici əhəmiyyət kəsb edir və biz fəaliyyətimiz çərçivəsində SƏTƏM ından heç bir güzəşt etməyəcəyik.

 

Fuad Əhmədov:

“SOCAR Polymer” şirkətinin Baş Direktoru