SOCAR POLYMER

Sumqayıtda Yüksək Sıxlıqlı Polietilen Zavodunun təməl qoyma mərasimi

SOCAR Prezidenti Rövnəq Abdullayev icra ediləcək iş haqqında dövlət başçısına məlumat verdi.
İnzibati binada Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin neft siyasətini, eləcə də ölkənin neft tarixini əks etdirən foto-stendlər qurulmuşdur. Azərbaycan Prezidenti müəssisədə istehsal ediləcək məhsullara baxışmışdır. 
SOCAR Polymer 2013-cü ildə yaradılmışdır. Şirkətin zavodları Prezident İlham Əliyevin sərəncamı ilə Sumqayıt Kimya Sənayesi Parkının tikinti meydançasında tikilməkdədir. Qeyd edildi ki, şirkətin iki qurğusunun illik istehsal gücü 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen təşkil edir. Bu qurğular 2018-ci ildə istismara veriləcək. Prezident İlham Əliyev Yüksək Sıxlıqlı Polietilen Zavodunun təməlini qoydu. Dövlət başçısı müvafiq tövsiyə və göstərişlərini verdi.