“SOCAR Polymer” şirkətinin sponsorluğu ilə UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzi tərəfindən təşkil olunan “Azərbaycanın dövlət suverenliyinin gücləndirilməsində Qarabağın dirçəldilməsinin strateji aspektləri” mövzusunda III Ümumrespublika elmi məqalə müsabiqəsi uğurla başa çatdı.
Tədbirin açılışında UNEC-in elm və innovasiyalar üzrə prorektoru, professor Rövnəq Rzayev müsabiqəyə 200-ə yaxın elmi məqalə təqdim edildiyini və mövzunun Qarabağın dirçəldilməsinə həsr olunmasının xüsusi əhəmiyyət daşıdığını qeyd etdi.
Bağlanış mərasimində çıxış edən “SOCAR Polymer”in maliyyə direktoru Müşfiq Hacıyev qalibləri təbrik edərək seçilmiş elmi tədqiqatların Qarabağın dirçəldilməsi prosesinə mühüm töhfə verəcəyinə inandığını bildirdi. O, həmçinin elmi-tədqiqat təşəbbüslərinin dəstəklənməsini “SOCAR Polymer”in sosial məsuliyyət və dayanıqlı inkişaf strategiyasının vacib istiqamətlərindən biri kimi qiymətləndirildiyini bildirdi.
Tədbirdə Qarabağın dirçəldilməsi, azad edilmiş ərazilərdə iqtisadi quruculuq və regional əməkdaşlıq mövzularında elmi tədqiqatlar müzakirə olundu, qaliblər mükafatlandırıldı və bütün iştirakçılara sertifikatlar təqdim edildi.