SOCAR POLYMER

“Caspian Energy Club” üzvləri zavodumuzda oldu

“Caspian Energy Club”a üzv olan bir sıra şirkətlərin rəhbər heyəti zavodumuza səfər etdi. Səfər çərçivəsində qonaqlar şirkətin baş direktoru Fuad Əhmədov və baş mühəndisi Arif Quliyev ilə görüşdü. Görüş zamanı “SOCAR Polymer”in fəaliyyəti, PP və YSPE qurğuları, məhsul növləri və inkişaf istiqamətləri barədə təqdimatla çıxış edildi. Təqdimatda zavodda tətbiq olunan müasir texnologiya, istehsal prosesinin mərhələləri və əməliyyat təhlükəsizliyi ilə bağlı məlumat paylaşıldı, qonaqları maraqlandıran suallar cavablandırıldı və geniş fikir mübadiləsi aparıldı. Görüş qarşılıqlı maraq doğuran əməkdaşlıq imkanlarının müzakirəsi baxımından olduqca səmərəli oldu.

Sonra qonaqlar zavodun istehsalat sahəsinə avtobusla səfər etdilər. Səfər zamanı idarəetmə otağına, laboratoriyaya və qablaşdırma bölməsinə baxış keçirildi. Qonaqlara əsas istehsal prosesi, keyfiyyətə nəzarət mexanizmi, məhsulun qablaşdırılması  və logistika prosesləri barədə ətraflı məlumat verildi. Eyni zamanda, şirkətdə ətraf mühitin mühafizəsi, sənaye təhlükəsizliyi və əməyin mühafizəsi sahəsində görülən tədbirlər diqqətə çatdırıldı. Səfər qonaqlar üçün zavodun ümumi infrastrukturu və texnoloji imkanları ilə yaxından tanışlıq baxımından maraqlı və faydalı oldu.