2025-ci il ərzində məhsul çeşidimizi genişləndirərək müxtəlif sahələrdə istifadə olunan yeni YSPE (yüksəksıxlıqlı polietilen) markalarımızı istehsal edərək bazara təqdim etdik:
- Geomembranlar üçün HM0458BX;
- Nazik plyonkalar üçün HL0848BF;
- <2 litrlik butulka və qablar üçün HD0658BM;
- 20-60 litrlik kanistr və qablar üçün HD0254BM;
- <100 litrlik kanistr və qablar, <200 litrlik çəlləklər üçün HD0152BM;
- Qapaqlar üçün HD1556CC;
- Hermetikləşdirən tübiklər, qapaq və tıxaclar, konteynerlər və sair qablaşdırma üçün HD6056HP;
- >200 litrlik iri çəllək, çən və s. qablar üçün HL0650BM.
Bu markalar geniş tətbiq imkanları yaradaraq həm yerli, həm də xarici bazarlarda mövqeyimizi daha da gücləndirir.