“SOCAR Polymer” şirkətinin məhsul keyfiyyəti laboratoriyasının direktoru Elvira Babayeva Azərbaycan Dövlət Neft və Sənaye Universitetində akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş elmi konfransda çıxış etdi.
ADNSU, Azərbaycan Texniki Universiteti (AzTU), Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), Bakı Mühəndislik Universiteti (BMU) və Sumqayıt Dövlət Universitetinin (SDU) Tələbə Elmi Cəmiyyətlərinin birgə təşkilatçılığı ilə keçirilən silsilə tədbirlərin yekunu olan bu elmi konfransda elm və sənaye arasında təcrübə mübadiləsi, tətbiqi tədqiqatların real istehsalat mühiti ilə əlaqəsi mövzuları ətrafında fikir mübadiləsi aparıldı.
Nümayəndəmiz “SOCAR Polymer”in beynəlxalq akkreditasiyaya layiq görülmüş laboratoriyasında məhsul keyfiyyətinin təmin edilməsi sahəsində tətbiq edilən beynəlxalq standartlar, laboratoriya analizlərinin istehsalat proseslərindəki rolu və universitet–sənaye əməkdaşlığının strateji əhəmiyyəti barədə danışdı.
Çıxış zamanı həmçinin qeyd olundu ki, “SOCAR Polymer” gənc mütəxəssislərin hazırlanması, elmi potensialın real istehsalat mühiti ilə inteqrasiyası və tətbiqi tədqiqatların dəstəklənməsinə töhfə verməyi prioritet istiqamətlərdən biri hesab edir.