SOCAR POLYMER

“SOCAR Polymer” əməkdaşları "Alovtutucu qurğular və siyirtmələr" mövzusunda təlimdə iştirak etdilər

“SOCAR Polymer" şirkətinin boru kəmərləri üzrə böyük mühəndisi, avadanlıqların monitorinqi üzrə müfəttişi və statik avadanlıqlar üzrə kiçik mühəndisi “ZEM Academy” tərəfindən təşkil olunan, təlimçilər Mehmet Fatih Peker və Bilge Eroğlu Şekerin tədris etdiyi "Alovtutucu qurğular və siyirtmələr" mövzusunda ixtisasartırma təlimində iştirak etdilər.

Təlim proqramı alovtutucu qurğuların və siyirtmələrin iş prinsipləri, düzgün seçimi və texniki xidməti üzrə nəzəri və praktiki biliklərin artırılmasına yönəlmişdi.

Bu cür məqsədyönlü inkişaf proqramlarında iştirak “SOCAR Polymer”in peşəkar insan kapitalının gücləndirilməsinə, əməliyyat təhlükəsizliyinin təmin olunmasına və avadanlıqların uzunmüddətli etibarlılığının artırılmasına verdiyi önəmin əsas göstəricisidir.