SOCAR POLYMER

“Tsinghua” Universiteti tələbələrinin “SOCAR Polymer” səfəri

Çin Xalq Respublikasının tanınmış ali təhsil müəssisələrindən biri olan “Tsinghua University Shenzhen International Graduate School”-un 7 doktorant və 7 magistrant olmaqla ümumilikdə 17 nəfərlik tələbə-müəllim heyəti üçün “SOCAR Polymer” zavoduna səfər təşkil olundu. Səfər “Bir kəmər – bir yol” təşəbbüsü çərçivəsində bu universitetlə İpək Yolu üzərində yerləşən ölkələrin sənaye müəssisələri arasında əlaqələrin gücləndirilməsi məqsədini daşıyırdı.

Şirkətimizin baş mühəndisi Arif Quliyev qonaqları salamlayaraq onlara “SOCAR Polymer” haqqında ətraflı məlumat verdi. Daha sonra nümayəndə heyəti YSPE istehsalı üzrə direktor Emin Dəmirov və PP istehsalı üzrə direktor Pərviz İsgəndərovun müşayiəti ilə zavodun laboratoriya, idarəetmə otağı, qablaşdırma sahəsi və hazır məhsul anbarı bölmələri ilə yaxından tanış oldular.

Görüşün sonunda hər iki tərəf qarşılıqlı hədiyyələr təqdim edərək bu əməkdaşlıqdan məmnunluq duyduqlarını ifadə etdilər.

Görüşün ardından xalqımızın qonaqpərvərlik ənənəsinə sadiq qalaraq qonaqları milli mətbəximizlə tanış etmək üçün nahar təşkil olundu. Ziyarətçilər səfərin yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığını bildirərək xoş təəssüratlarla yola salındılar.