SOCAR POLYMER

“SOCAR Polymer” PP-RC istehsalına başladı

“SOCAR Polymer” şirkəti məhsullar çeşidini artıraraq Azərbaycanın boru sənayesi üçün nəzərdə tutulan PP-RC istehsalına başladı.

Bu gün biz Azərbaycanın polimer və boru istehsalı sektorları üçün əhəmiyyətli bir yeniliyi fəxrlə elan edirik: “SOCAR Polymer” şirkəti içməli su təchizatı, santexnika, qızdırma-soyutma sistemlərində istifadə edilən PP-RC (təsadüfi kopolimer) markalarının yerli istehsalına rəsmi olaraq başlamışdır. Şirkətimizin istehsal etdiyi RA0242EX və RA0342EX markalarının ərsəyə gəlməsi ilə yerli boru istehsalçıları əvvəllər ancaq idxal edilən materialların yerinə indi yüksək keyfiyyətli yerli xammaldan istifadə edə bilərlər. Etilenlə modifikasiya olunmuş bu təsadüfi kopolimerlər aşağıdakı xassələrə malikdir:

- Uzunmüddətli hidrostatik təzyiqə əla müqavimət;
- Yüksək və aşağı temperaturlara dözümlülük;
- Təzyiqli boru sistemlərində etibarlı istismar göstəriciləri

Bizim PP-RC markalarımız geniş istifadədə olan idxal materiallarına etibarlı yerli alternativ olmaqla yerli istehsalçılara aşağıdakı məqamlarda kömək edir:

- İdxaldan asılılığı azaldır;
- Xaricdən gətirilmə prosesində uzun hazırlıq-çatdırılma müddətlərini aradan qaldırır;
- Logistika və satınalma xərclərini azaldır;
- Pul vəsaitləri hərəkətinin planlaşdırmasını asanlaşdırır və seçimləri artırır.

Sənaye sahəsinə göstərdiyi müsbət təsirdən əlavə, bu yeni markalar yeni mənzil və infrastruktur layihələri üçün yerli istehsal olan etibarlı boru sistemləri təmin etməklə Qarabağın yenidən qurulması və Böyük Qayıdış proqramı da daxil olmaqla, Azərbaycanın milli inkişaf prioritetlərinə uyğunluq nümayiş etdirir. PP-RC istehsalının başlanması “SOCAR Polymer”in tarixində yeni bir mərhələ olaraq şirkətin daxili bazarda mövcudluğunu gücləndirir və şirkətimizi MDB, Türkiyə və Aİ ölkələri üçün yüksək keyfiyyətli boruların rəqabətcil regional təchizatçı mövqeyinə yüksəldir.