SOCAR POLYMER

Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirildi

“SOCAR Polymer”in 17 əməkdaşı 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan ağacəkmə aksiyasında iştirak etdilər. Sumqayıt Sənaye Parkının qarşısında keçirilən aksiya çərçivəsində 500 ədəd zeytun ağacı əkildi.
Bu tədbir yalnız bir aksiyanın həyata keçirilməsi deyil, həm də xalqımızın birliyinin, həmrəyliyinin və Vətən müharibəsində əldə olunmuş möhtəşəm qələbənin mənəvi dəyərlərinin yaşadılması məqsədi daşıyırdı. Aksiyada iştirak edən əməkdaşlarımız ölkəmizin ekoloji rifahına töhfə verməkdən və bu əlamətdar günün ruhunu daha da gücləndirməkdən qürur duyduqlarını ifadə etdilər.
Əkilən hər bir ağac həm torpağımıza həyat, həm şəhərimizə nəfəs, həm də gələcək nəsillərə daha sağlam mühit bəxş etsin! “SOCAR Polymer” olaraq, bundan sonra da ətraf mühitin mühafizəsinə yönəlmiş layihələrdə fəal iştirak etməyə davam edəcəyik.