SOCAR POLYMER

Müasir Təhsil Kompleksi şagirdləri üçün “SOCAR Polymer” zavodu ərazisinə ekskursiya təşkil olundu

Müasir Təhsil Kompleksinin 9-cu sinif şagirdləri və müəllimləri “SOCAR Polymer” zavoduna ekskursiya etdilər.
Qonaqlar zavodun laboratoriya, idarəetmə otağı, qablaşdırma sahəsi və hazır məhsul anbarı ilə yaxından tanış oldular. “SOCAR Polymer”in mütəxəssisləri onlara əsas təhlükəsizlik qaydaları, istehsal mərhələləri, polimerləşmə prosesi və keyfiyyətin idarə olunması haqqında xeyli məlumat verdilər.
Ekskursiya iştirakçıları fasiləsiz istehsal prosesinin necə idarə edildiyini yerində izləyərək və suallarına cavab alaraq həm nəzəri biliklərini artırmaq, həm də təsəvvürlərini əyani sürətdə genişləndirmək imkanı qazandılar.
Bu kimi səfərlər şagirdlərin kimya elminə marağını artırmaq, onları sənaye mühiti ilə daha yaxından tanış etmək məqsədi daşıyır.