SOCAR POLYMER

SOCAR Polymer əməkdaşları Fəxri Fərman ilə mükafatlandırıldı

“SOCAR Polymer” şirkətinin iki əməkdaşı - böyük elektrotexnik Ramil Əhlimanov və zavod operatoru İlkin Rəhimov "Neftçilər günü” peşə bayramı münasibəti ilə neft-qaz sənayesində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Fəxri Fərman”ına layiq görüldülər.

Mükafatın təqdimetmə tədbirində şirkətin baş direktoru Fuad Əhmədovun, təltif olunan əməkdaşların və onların birbaşa rəhbərlərinin iştirakı ilə keçirildi. Baş direktor sənayenin inkişafına verdikləri töhfələrə görə əməkdaşlara təşəkkür etdi və “Fəxri Fərman”ları onlara təqdim etdi.

“SOCAR Polymer” olaraq, həmkarlarımızı bu nailiyyət münasibətilə təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!