SOCAR POLYMER

Qələbəyə bərabər üçüncülük!

“SOCAR Polymer”in minifutbol komandası, SOCAR-a tabe olan 29 müəssisənin iştirakı ilə 7 həftədir ki, davam edən “SOCAR-2025” minifutbol turnirində uğurlu çıxışı ilə seçilərək yarışın ən güclü 3-cü komandası oldu. Komandamız bu nəticəyə qədər iştirak etdiyi hər oyunda əzmkarlıq, komanda ruhu və məsuliyyətlə mübarizə apararaq meydanda həm texniki, həm də peşəkar səviyyədə fərqləndi. Komanda üzvləri arasında həmrəyliyin və qarşılıqlı dəstəyin bu qədər güclü olması “SOCAR Polymer”in korporativ mədəniyyətində sağlam həyat tərzi və komanda ruhunun necə önəmli yer tutduğunu bir daha nümayiş etdirdi. Komandamızın hər bir üzvünü bu möhtəşəm nəticə münasibətilə səmimi qəlbdən təbrik edir, onlara gələcək yarışlarda da daha böyük uğurlar və zəfərlər arzulayırıq. Ümid edirik ki, bu uğur yaşıl meydanlarda qazanacağımız qələbələrin yalnız başlanğıcı olacaq!