SOCAR POLYMER

“SOCAR Polymer” məhsulları beynəlxalq sərgidə nümayiş etdirildi

“SOCAR Polymer” məhsulları 22–23 sentyabr 2025-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən “1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu” çərçivəsində SOCAR stendində nümayiş etdirilən müxtəlif məhsullar arasında sərgiləndi. Stend forum iştirakçıları və qonaqlar tərəfindən maraqla qarşılandı. Forumun ilk günündən etibarən həm yerli, həm də xarici iştirakçılar, sənaye nümayəndələri, dövlət və özəl sektor təmsilçiləri stendə yaxınlaşaraq məhsullar haqqında ətraflı məlumat aldılar. Sərgi çərçivəsində keçirilən təqdimatlar zamanı məhsulların texniki göstəriciləri, tətbiq sahələri, ixrac imkanları və davamlılıq baxımından üstünlükləri vurğulandı. Sərgi məhsullarımızın sənaye, kənd təsərrüfatı, avtomobil və qablaşdırma sahələrində geniş tətbiq imkanlarını tanıtmaq üçün əlverişli imkan yaratdı.