SOCAR POLYMER

“SOCAR Polymer” zavodunda genişmiqyaslı planlı TTXƏT işlərinə başlanıldı

“SOCAR Polymer” zavodunda istehsalatda planlı fasilə ilə müşayiət olunan TTXƏT (təftiş, texniki xidmət və əsaslı təmir) işləri başlandı. TTXƏT çərçivəsində aparılan fəaliyyətlər avadanlıqlara profilaktik texniki xidmətin göstərilməsi, sistem və avadanlıqlarda baş verən tam disfunksiyaların aradan qaldırılması, habelə bəzi hissələrdə tam demontaj olunmaqla əsaslı təmir və texniki qulluq işlərini əhatə edəcək. Müəssisədəki qurğuların əksəriyyəti təftiş ediləcək və istehsal prosesinin qarşıdakı illərdə daha sürətli və keyfiyyətli getməsi üçün mütəxəssislərimiz tərəfindən müvafiq tədbirlər görüləcək. Sonuncu dəfə bu ilin aprel ayında aparılan genişmiqyaslı təmir işləri ilə birlikdə bu dəfəki TTXƏT prosesi zavodun qarşıdakı illərdə daha təhlükəsiz, effektiv və davamlı istismarına şərait yaradacaq.