Sponsorlarından biri “SOCAR Polymer” olan, dünyanın ən prestijli festivallarından sayılan Kann Beynəlxalq Yaradıcılıq Festivalının yaradıcı gənclər üçün nəzərdə tutulmuş “Young Lions” tədbiri keçirildi. “Print”, “dizayn” və “film” kateqoriyalarında qalib adı uğrunda mübarizə aparan kreativ gənclərə “print” kateqoriyası üzrə dizayn mövzusu “SOCAR Polymer” tərəfindən təqdim olundu. Mövzuya əsasən iştirakçılara plastik tullantıların təkrar emalının əhəmiyyətini əks etdirən dizaynların hazırlanması tapşırıldı və 38 komanda öz dizaynını münsiflər heyətinə təqdim etdi. Yarışın nəticələrinə əsasən Ravid Rüstəmov və Musa Əlşirazov təqdim etdikləri dizaynla yarışın qalibi oldular. Onlar iyunda keçiriləcək Kann Beynəlxalq Yaradıcılıq Festivalında Azərbaycanı təmsil edəcəklər. Yarışda ilk 5 yeri tutan digər iştirakçıların da hazırladıqları dizaynları “SOCAR Polymer” şirkətinin sosial şəbəkə səhifələrində görmək olar.