Zavod istismarı prosesində yaranan potensial təhlükəli tullantıların (TT) utilizasiya məqsədilə zavod ərazisindən çıxarılana qədər zavodda toplanaraq müvəqqəti saxlanması üçün təhlükəli tullantıların saxlanma sahəsi yaradılmışdır. Ətraf mühitə və insan sağlamlığına zərərli təsir riskinin qarşısını almaq məqsədilə beton döşəmə, dam örtüyü, karantin bölməsi, təbii ventilyasiya və sıza biləcək mayelərin yığılması üçün nəzərdə tutulan yeraltı rezervuar ilə təchiz edilmiş TT saxlanma sahəsi yerli qanunvericiliyin tələblərinə uyğun şəkildə inşa edilmişdir.