Aztəminatlı ailələrə uzun illərdir dəstək olmaq ənənəsinə sadiq qalan “SOCAR Polymer” martın 18-də Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhərində aztəminatlı ailələrə və tənha insanlara Novruz sovqatlarının paylanması təşəbbüsünə növbəti dəfə qoşulub.
Tədbir iştirakçılarını salamlayan QAC-nin Sumqayıt bölməsinin Sədri Mətanət Məhərrəmova Şərqdə köhnə ildən sonra yeni ilin ərəfəsi sayılan Novruz bayramı münasibətilə iştirakçılara öz səmimi arzularını bildirdi. Daha sonra “SOCAR Polymer” tərəfindən hazırladığı və içərisində toyuq, kərə yağı, bitki yağı, şəkər, çay, qarabaşaq yarması, makaron, un, uzun düyü, şirniyyat və duz kimi zəruri məhsullardan ibarət 110 hədiyyə səbəti həmin ailələrin və tənha yaşlı şəxslərin dəvət olunmuş nümayəndələrinə paylandı.
Mətanət Məhərrəmova vətəndaşların həmin imtiyazlı kateqoriyaları və QAC adından Sumqayıtın ehtiyacı olan təbəqələrinə göstərdiyi daimi dəstəyə görə “SOCAR Polymer” rəhbərliyinə öz minnətdarlığını bildirdi. Tədbirin digər sponsorları qismində Paşa Bank və “Paşa Life” təmsil olunmuşdu.
Müəyyən səbəblərdən tədbirə qatıla bilməyənlərin ərzaq bağlamaları QAC-ın Sumqayıt filialının könüllüləri tərəfindən həmin şəxsləri evlərinə çatdırıldı.