SOCAR POLYMER

Azərbaycan Gəncləri Günü münasibətilə SOCAR Polymer şirkətinə hörmət və ehtiram ifadə olundu

Fevralın 2-də “SOCAR Polymer” şirkəti ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamına əsasən 1997-ci ildən başlayaraq hər il fevralın 1-i dövlət səviyyəsində qeyd olunan Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbirdə təmsil olunub.

Tədbir Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (QAC) Sumqayıt bölməsi tərəfindən Azərbaycan Gəncləri Gününün 25-ci ildönümü münasibətilə QAC-ın xeyriyyəçilik kampaniyalarına ölkənin uşaq və gənclərinə, xüsusən də kimsəsizlər və aztəminatlı ailələrin uşaqlarına fəal dəstək verən şirkətlərə mükafatların təqdim edilməsi məqsədi ilə təşkil olunmuşdu. “SOCAR Polymer”in belə nəcib işlərə verdiyi töhfəni nəzərə alaraq, bu tədbirdə QAC öz Təşəkkürnaməsini şirkətin nümayəndəsi, İƏ şöbəsinin mütəxəssisi Bəxtiyar Allahverdiyevə təqdim etdi.

“SOCAR Polymer” əməkdaşlarının əksəriyyətini təkcə istehsal proseslərində deyil, həm də xeyriyyə tədbirlərində fəal iştirak edən gənclər təşkil edir. “SOCAR Polymer” öz gənc mütəxəssisləri və onların əldə etdikləri nailiyyətlərlə fəxr edir.