SOCAR POLYMER

“SOCAR Polymer” polipropilen markalarının istehsalını diversifikasiya edir

“SOCAR Polymer” zavodu özünün polipropilen məhsulları portfelinə yeni blok-kopolimer markaları əlavə etmişdir. Hal-hazırda zavod aşağı təzyiqli yağış kanalizasiya sistemləri və kommunal-məişət kanalizasiya sistemləri üçün boruların, habelə müxtəlif təyinatlı plastik lövhələrin, avtomobillər üçün plastik hissələrin və geniş spektrli digər malların istehsalında xammal kimi istifadə olunan polipropilenin yeni CA0700EX, CA0340EX, CA0342EX və CA0540EX markalarını təklif edir.
Zərbəyə dözümlülük xassələrinə xələl gətirmədən polimerlərin əyilmə və dartılma zamanı elastiklik modulları artırılmışdır.
Bu gün Şirkətin məhsul portfelinə polipropilen ekstruziya vasitəsilə əldə edilən yeddi blok-kopolimer çeşidi daxildir: CA0342EX, CA0340EX, CA0540EX, CA0700EX, CA0900BM, CB0120BM, CB0140BM.