SOCAR POLYMER

SOCAR Polymer şirkətinin işçiləri üçün yeni təlim kursları təşkil edildi

Oktyabrın 6-da Sumqayıtdakı Təlim və təhsil mərkəzində “SOCAR Polymer”-lə SOCAR-ın Təlim, təhsil və attestasiya idarəsi arasında imzalanmış Personalın təlimi haqqında Müqavilə çərçivəsində əməkdaşlığın əsasının qoyulmasına həsr edilmiş tədbir keçirildi. Azərikimya İB-nin Müşahidə şurasının sədri Muxtar Babayev, SOCAR-ın Təlim, Təhsil və Attestasiya İdarəsinin rəhbəri Fuad Süleymanov, SOCAR-ın Kadrlar, rejim və İT üzrə vitse-prezidenti Asif Şəfəqqətov, SOCAR Polymer şirkətinin Baş meneceri Fərid Cəfərov və digər rəsmi şəxslər ilk təlim günü münasibəti ilə təlim kurslarının iştirakçılarını təbrik etdi və nəzəri və praktiki bilik və bacarıqlarını daha da artırmağı tövsiyə etdilər.

SOCAR Polymer şirkətini işçiləri SOCAR-ın Təlim, Təhsil və Attestasiya İdarəsinin 3 təlim mərkəzində 5 fənn üzrə 6 aylıq və 1 illik təlim kursları keçəcək. Həmin kurslar ümumilikdə 84 nəfər yazılmışdır: Personalın təlim mərkəzində -10 təmir texniki, Sumqayıt Təlim və təhsil mərkəzində - 28 avadanlıq operatoru və 10 NÖC/avtomatika operatoru, Qobustan Regional Təlim mərkəzində - 15 avadanlıq operatoru və 7 kimyəvi təhlil laboratoriyası texniki. Ünsiyyət qurma bacarıqlarını təkmilləşdirmək məqsədi ilə, digər fənlərlə yanaşı, təlim kurslarında iştirak edən şəxslər 3 aylıq texniki ingilis dili kursları da keçəcəklər.