SOCAR POLYMER

SOCAR Polymer və Qazprombank əməkdaşlıq haqqında müqavilə imzalamışdır

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) prezidenti Rövnəq Abdullayev və "Qazprombank" İdarə Heyətinin sədri Andrey Akimov Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində əməkdaşlıq haqqında müqavilə imzalamışdırb. Müqavilə "SOCAR Polymer"in polipropilen və yüksək sıxlıqlı polietilen istehsalı zavodlarının tikintisi üzrə QPB ilə birgə layihə üçün azot qurğusunun Qazprombank Qrupuna daxil olan "Kriogenmaş" ASC tərəfindən hazırlanması və tədarükünü nəzərdə tutur.
Qurğu həmin layihənin həyata keçirilməsi zaman "SOCAR Polymer"in yüksək təmiz qazşəkilli azota yaranan tələbatını təmin edəcək. 
"Kriogenmaş" ASC-nin istehsalı olan azot qurğusu ən müasir texniki və mühəndis həllərə əsaslanır ki, bu da kapital xərclərini azaltmağa və aparıcı xarici şirkətlərin avadanlıqları ilə müqayisədə daha qənaətli istismarı təmin etməyə imkan verir. 
"Bu müqavilənin imzalanması Qazprombank Qrupu və SOCAR arasında strateji tərəfdaşlıq və əməkdaşlığın nümunəsidir", - SOCAR prezidenti Rövnəq Abdullayev qeyd etmişir.