SOCAR POLYMER

SOCAR Polymer 23-cü beynəlxalq Neft və Qaz Sərgisində iştirak edir

1 iyun 2016-cı il tarixində Bakı Ekspo Mərkəzində XXIII Beynəlxalq Xəzər Neft və Qaz ("Caspian Oil&Gas-2016") sərgisi açılmışdır. 
Sərginin açılış mərasimində Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxış etdi. Azərbaycan sənayesinin neft-qaz sektoru haqqında danışarkən Dövlət başçısı ölkədə həyata keçirilən bir sıra əhəmiyyətli layihələrə toxundu. Prezident həm də neft-kimya sənayesinin inkişaf perspektivlərinə toxundu.  
Rəsmi açılış mərasimim başa çatdıqdan sonra Prezident sərgi salonu ilə tanış oldu. 
SOCAR Polymer şirkətinin sərgi stendi yanında Prezidenti şirkətin Baş direktoru Fərid Cəfərov qarşıladı və SOCAR Polymer layihəsi və əldə edilmiş nəticələr haqqında ona məlumat verdi. Burada SOCAR Polymer layihəsi çərçivəsində Sumqayıt Kimya Sənaye Parkında inşa edilən polipropilen və yüksək sıxlıqlı polietilen zavodu haqqında ətraflı video təqdimat baş tutdu. C-b Cəfərov bu layihənin əhəmiyyətindən və idxalın azaldılması, ixrac potensialının artırılması və daxili istehsalın inkişafı baxımından onun Azərbaycana gətirəcəyi  xeyirdən danışdı. Cənab Prezident layihənin məqsədlərini çox bəyəndiyini ifadə etdi. 
Xəzər neft-qaz konfransı energetika sahəsində iki və çoxtərəfli əlaqələrlə və qlobal energetika təhlükəsizliyi ilə bağlı məsələlərin müzakirə edildiyi ən əhəmiyyətli beynəlxalq tədbirlərdən biri hesab olunur. SOCAR şirkəti sərginin sponsorları arasındadır.