SOCAR POLYMER

“SOCAR Polymer” Xəzər Universitetinin karyera sərgisində iştirak etdi

Noyabrın 25-də “SOCAR Polymer” şirkəti Xəzər Universitetinin Karyera İnkişaf Mərkəzi tərəfindən “Erasmus+UniLab” layihəsi çərçivəsində bu il ərzində artıq ikinci dəfədir ki, təşkil edilən Karyera Sərgisində iştirak etdi.

Xəzər Universiteti rektorunun açılış nitqindən sonra Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli çıxış edərək gənclərin əmək bazarına cəlb olunmasının vacibliyini qeyd etdi.

Sərgiyə maraq olduqca böyük idi. Tələbələrin “SOCAR Polymer” şirkətində karyera imkanları, karyera inkişaf proqramları və Yay Təcrübə Proqramı ilə bağlı sualları şirkətimizin kadrların işəgötürülməsi və seçilməsi üzrə böyük mütəxəssisi Rəvan Xəlilov və təlim və inkişaf üzrə böyük mütəxəssisi Natəvan Mahmudova tərəfindən cavablandırıldı. Tələbələrə şirkət adından xatirə hədiyyələri verildi.

Sərgidə həmçinin “Ernst&Young” , “KPMG”, “Fireworks”, DOST Agentliyi, “AzInTelecom”, Azərsun, “Baker Tilly” kimi digər çox nüfuzlu yerli və beynəlxalq şirkətlərin nümayəndələri də iştirak edirdi.

Xəzər Universiteti artıq 5 ildən çoxdur ki, karyera sərgisi təşkil edilir və bu illər ərzində əsas məqsəd tələbələrlə işəgötürənlər arasında ünsiyyəti asanlaşdırmaq və tələbələrin karyera ilə bağlı bütün suallarına cavab tapacağı platforma yaratmaq olmuşdur.