SOCAR POLYMER

SOCAR Polymer respublika üzrə reytinqdə ikinci yerdədir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın iyun buraxılışına əsasən “SOCAR Polymer” şirkəti qeyri-neft sektoru üzrə ixracatçı subyektlərin reytinqində yanvar-may ayları üzrə 79 milyon ABŞ dolları gəlir ilə ARDNŞ-ın “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi”ndən sonra ikinci yerdədir. “SOCAR Polymer” yanvarda 14,7, fevralda 15,2, martda 18,3, apreldə 19 və mayda isə 11,8 milyon ABŞ dolları gəlir əldə etmişdir. Bu keçən ilin eyni dövrü ilə müqayisədə 27,2 milyon ABŞ dolları çoxdur. Belə ki, keçən il bu rəqəm 51,8 milyon ABŞ dolları olmuşdu. 

İİTKM-in “İxrac icmalı” jurnalı 2017-ci ilin aprel ayından bəri mütəmadi olaraq nəşr olunur və İİTKM-in yaradılmasında əsas məqsədlər:

  • ölkəmizin dayanıqlı iqtisadi inkişafını təmin etmək üçün orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaq,
  • dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etmək,
  • iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdir.