Fransız-Azərbaycan Universitetinin (UFAZ) nümayəndə heyəti - UFAZ professorları, Strasburq Universitetinin Kimya mühəndisliyi üzrə professoru və Fiziki kimya/ Kimya mühəndisliyi magistr proqramının rəhbəri Kristof Serra, eyni universitetin kimya üzrə dosenti Maksim Flöranğ və baş katib Yelizaveta Budanova – “SOCAR Polymer”ə işgüzar səfər ediblər.
Qonaqları baş direktor, müşavir, əməliyyatlar şöbəsinin direktoru, insan resursları və ictimaiyyətlə əlaqələr şöbələrinin əməkdaşlarından ibarət heyət qəbul etmişdir. Görüşdə yay təcrübəsi proqramı, təcrübə ərzində tələbələrə təqdim edilən inkişaf proqramı, yeni məzunların şirkətimizdə karyera perspektivləri və şirkətimizlə universitet arasında gələcəkdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.
Görüşdən sonra zavod ərazisinə avtobus gəzintisi təşkil olunaraq qonaqlara PP və YSPE zavodlarını, habelə İdarəetmə Otağını görməyə şərait yaradılmışdır.