SOCAR POLYMER

Xeyriyyə təşəbbüsünə dəstək

25 avqustda “SOCAR Polymer” şirkəti QAC Sumqayıt şəhər bölməsi tərəfindən Sumqayıt şəhərinin aztəminatlı ailələrinə dəstək olmaq məqsədilə təşkil edilən xeyriyyə tədbirində iştirak etdi.

COVID-19 virusuna qarşı alınan sağlamlıq tədbirlərinə riayət etmək məqsədilə ehtiyaclı ailələrin nümayəndələri səhər saat 11:00-dan başlayaraq gün ərzində kiçik qruplarla QAC Sumqayıt bölməsinin inzibati binasına yığışdılar.

QAC bölməsinin sədri Mətanət Məhərrəmova iştirakçıları salamladı və qlobal miqyasda virusa qarşı aparılan mübarizə şəraitində onlara cansağlığı arzuladı. Təbrik nitqində uzun illərdir xeyriyyə tədbirlərinə davamlı dəstəyi və iştirakına görə “SOCAR Polymer” rəhbərliyinə aztəminatlı ailələr adından təşəkkür etdi.

Bu tədbir üçün “SOCAR Polymer” şirkəti 100 ailəyə ərzaq səbətləri hazırlamışdı. Hər səbətdə mal əti, uzun düyü, kərə yağı, bitki yağı, şəkər və çay var idi.

Tədbirdə iştirak edə bilməyən ailələrə hədiyyə səbətləri QAC könüllüləri tərəfindən birbaşa evlərində çatdırıldı.