SOCAR POLYMER

SOCAR Polymer şirkəti karyera sərgisində iştirak etdi

“SOCAR Polymer” şirkəti iyunun 2-də Xəzər Universitetinin Karyera İnkişaf Mərkəzi tərəfindən “Unilab” layihəsi çərçivəsində təşkil edilən karyera sərgisində iştirak etdi. Şirkətin kadrların toplanması və seçilməsi üzrə böyük mütəxəssisi Rəvan Xəlilov və təlim və inkişaf üzrə böyük mütəxəssisi Natəvan Mahmudova tələbələrin şirkətdə karyera imkanları və təşkil edilən təcrübə proqramları barədə suallarını cavablandırdılar.

Karyera sərgisində “SOCAR Polymer”dən əlavə digər 11 nüfuzlu şirkətin nümayəndələri də iştirak edirdi. Sərginin məqsədi tələbələrin işəgötürənlərlə ünsiyyətini təmin etmək və karyera mövzusunda tələbələri maraqlandıran sualların cavablandırılmasına şərait yaratmaq idi.

Xatırladaq ki, Xəzər Universiteti tərəfindən Karyera sərgisi artıq bir neçə ildir ki, təşkil olunur və bu illər ərzində yüzlərlə ali məktəb tələbəsi, məzunu və gənc mütəxəssislər bu sayədə nüfuzlu şirkətlərin nümayəndələri ilə birbaşa ünsiyyət imkanı əldə edərək daha doğru karyera seçimləri etməyə nail olmuşdurlar.