SOCAR POLYMER

SOCAR Polymer qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçılarının reytinqində liderdir

1 dekabr 2020-ci il

 

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlil və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın 2020-ci il noyabr buraxılışına əsasən SOCAR Polymer  qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda liderdir. SOCAR Polymer 2020-ci ilin yanvar-oktyabr aylarında 86,9 milyon dollarlıq satış həyata keçirmişdir ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 17,1 milyon dollar çoxdur.

Eyniadlı mənbəyə əsasən "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "Land Lojistic" MMC, "MKT İstehsalat Kommersiya" MMC, "Sun Food" MMC, "Global Trade Group" MMC, "Fruit Store" MMC, "Baku Steel Company", “Aqrovest” MMC və "Fruit City Group" MMC şirkətləri ilk onluğu tamamlayır.

2020-ci ildə SOCAR Polymer əvvəlki ilin satış nəticələrini təxminən 65% üstələmişdir. Bu il, şirkətin satdığı polimerlərin təxminən 87%-i və ümumi istehsal həcminin təxminən 93%-i ixrac edilmişdir. Ümumilikdə, bu il SOCAR Polymer şirkətinin ixrac göstəriciləri 2019-cu ilə nisbətən 55% artmışdır.