SOCAR POLYMER

“SOCAR Polymer qoruyucu maska istehsalında istifadə olunan polimer markasının istehsalına başlamışdır”

May ayında SOCAR Polymer şirkəti dünyada hal-hazırda davam edən koronavirus epidemiyası ilə mübarizədə əsas fərdi mühafizə vasitəsi hesab olunan qoruyucu maska istehsalı üçün aparıcı xammal olan HB 2662 FS markalı polimer istehsalını planlaşdırmış və  HB 2662 FS markalı homopolimer propilenin ilk sınaq-sənaye partiyası istehsal edilmişdir.

Həmin homopolimerdən qoruyucu maskalar, respiratorlar, bir dəfəlik tibbi geyimlər, uşaq bezləri, mebel və tikinti təyinatlı parçalar, habelə geotekstil növlərinin hazırlanmasında istifadə olunan toxunmamış materialların istehsalı üçün istifadə olunur.

Qeyd etmək lazımdır ki, HB 2662 FS markalı polimerin ilk partiyaları sınaqdan keçirilmək üçün sifarişçilərə göndərilmiş və keyfiyyəti və yararlılığı barədə müsbət cavablar əldə olunmuşdur.

İlkin olaraq 600 ton HB 2662 FS markalı homopolimer istehsal olunmuşdur və gələcəkdə artacağı istisna edilmir.