SOCAR POLYMER

Taxta tullantılarının xeyriyyə məqsədilə bağışlanması davam edir

SOCAR Polymer şirkətinin SƏTƏM komandasının yerli icmaların aztəminatlı ailələrini və işçiləri dəstəkləmək üçün təklif etdiyi xeyriyyə təşəbbüsünün davamı olaraq 14-15 m3 həcmində taxta tullantıları SOCAR Polymer əməkdaşına bağışlandı.

21 fevral 2020-ci il tarixində, SƏTƏM şöbəsi başqa bir işçinin qablaşdırma bölməsi və son məhsul anbarının şimal və cənub-şərqində yığılmış taxta tullantılarını istifadə etmək üçün icazə istəməsi barədə istək əldə etdilər. İşçi ailəsini dolandırmaq, eyni zamanda da evinin tikintisini tamamlamaq qabiliyyətinin mümkün olmadığı üçün taxta tullantılarını evin tikintisində istifadə etmək niyyətində idi. Ailə hal-hazırda Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində yaşayır.

Bu xahişi nəzərə alaraq, ailə ilə tanış olundu və tikintinin həyata keçirildiyi əraziyə baxış keçirildi. Məlumat SƏTƏM menecerinə və rəhbərliyə çatdırıldı. İanə təsdiqləndi və nəql müraciət edən tərəfindən mart ayının 31-də təşkil olundu Təhvil verilməzdən qabaq, tullantı materialları təhlükəsizlik baxışından keçirilərək, mismarlar çıxarıldı və zəhərli maddələrə bulaşmış taxtalar saxlanıldı. İanə prosesi sənədləşdirildi və qeyd olunmuş müvafiq komissiya üzvləri tərəfindən imzalandı SOCAR Polymer bütün vasitələrlə qonşu icmaların xeyrinə töhfə verməyə hazırdır və hər zaman bununla qürür duyur.