SOCAR POLYMER

SOCAR Polymer işçiləri qanvermə aksiyasında iştirak etdilər

Sentyabrın 17-də şirkətimizin 14 əməkdaşı “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramı çərçivəsində talassemiyalı xəstələr üçün qanvermə aksiyasında iştirak etdilər. “Azərikimya” İB-nin təşəbbüsü ilə bu könüllü humanitar aksiya 2010-cu ildən hər il keçirilir. Minlərlə insan üçün həyati əhəmiyyət kəsb edən bu aksiya bu il Neftçilər günü peşə bayramına və Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr olunmuşdu. Qanvermə aksiyasında SOCAR-a tabe olan təşkilat və şirkətlərin əməkdaşları, “Kimyaçı” Mədəniyyət sarayının bir qrup əməkdaşı və şəhər ictimaiyyətinin bir sıra nümayəndələri iştirak etdi və ümumilikdə təxminən 200 nəfər insan qan verdi.