SOCAR POLYMER

SOCAR Polymer şirkəti ahılların Qurban bayramını təbrik etdi

SOCAR Polymer şirkəti hər il olduğu kimi bu il də Qurban bayramında kimsəsizlərin çağırışına biganə qalmadı. Şirkətimiz Qızıl Aypara Cəmiyyəti (QAC) Sumqayıt şəhər bölməsinin təşkilatçılığı ilə qeydiyyatda olan 150 ahılın Qurban payını öz öhdəsinə götürmüş və bu məqsədlə 7 müxtəlif adda zəruri qida məhsulları və qurban əti paylamışdır.

Tədbirdə ilk sözü deyən QAC Sumqayıt səhər bölməsinin sədri Mətanət Məhərrəmova SOCAR Polymer şirkətinin rəhbərliyinə və çalışanlarına yardımlarından dolayı həm öz, həm də ahıllar adından dərin minnətdarlığını bildirmiş, şirkətin hər zaman kimsəsizlərə, köməyə ehtiyacı olanlara daima dəstək olduğunu bir daha vurğulamışdır. Tədbirdə SOCAR Polymer adından iştirak edən İctimaiyyətlə Əlaqələr şöbəsinin təcrübəçisi Bəxtiyar Allahverdiyev şirkət adından Mətanət xanıma və onun timsalında bütün könüllülərə təşəkkürlərini bildirmiş, toplaşan ahılları müqəddəs Qurban bayramı münasibətilə təbrik etmiş və şirkətin xoş arzularını çatdırmışdır.