SOCAR POLYMER

Neftçilər Gününüz mübarək!

Sentyabrın 20-də Azərbaycanın neftqaz sənayesində çalışan mütəxəssislər, mühəndislər, fəhlələr, geoloqlar və bu sahənin müxtəlif sahələrinə rəhbərlik edən şəxslərin əməyinin qiymətləndirilməsi ilə bağlı peşə bayramı, "Neftçilər günü" qeyd edilir. Bu bayram 25 ildir ki, ardıcıl olaraq qeyd edilir. Bu tarixin "Əsrin müqaviləsi" ilə üst-üstə düşməsi təsadüfi deyil. Məhz bu müqavilə ölkənin neft-qaz sənayesinin dirçəlməsinə və Azərbaycanın gələcək rifahına başlanğıc oldu, və Azərbaycanı ölkə iqtisadiyyatında müxtəlif layihələrin həyata keçirilməsi və çoxmilyardlı investisiyaların qoyuluşu üçün etibarlı tərəfdaş kimi təsdiq etdi.

Respublikanın enerji sektorunun inkişafı iqtisadiyyatın qeyri-neft sahəsinin də fəal artımına təkan verdi. Neft ixracından əldə edilən vəsaitlər ölkənin həm daxilində, həm xaricində iqtisadiyyatın müxtəlif sahələrinə investisiya olaraq yatırıldı. Gürcüstan, Türkiyə və digər ölkələrdə layihələrin həyata keçirilməsinə imkanlar açıldı.

Ölkə iqtisadiyyatının enerji sektorunun xeyli inkişaf etməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoru da onunla ayaqlaşmaq məqsədilə yüksək templərlə inkişaf edir. Və bizim şirkət bu prosesin iştirakçısı, kimya sənayesinin inkişafına töhfə verən bir müəssisə olaraq, ölkəmizin bütün neftçilərini salamlayır, bayram münasibətilə təbrik edir və onların sevincinə şərik olur.

Peşə bayramınız mübarək!