SOCAR POLYMER

SOCAR Polymer qeyri-neft sektorunun inkişafı kontekstində qeyd olundu

31 iyul tarixində respublikanın ictimai və iqtisadi inkişafının müzakirəsi məqsədilə keçirilmiş görüş zamanı Prezident İlham Əliyev qeyri-neft sektorunun sürətli inkişafını yüksək qiymətləndirdi.

“Cari ilin altı ayı ərzində iqtisadiyyat 2,4%, qeyri-neft sektoru isə 3,2% artmışdır. Ən sevindirici göstərici qeyrineft sənayesindədir. Burada artım 15,7 faizdir. Bu, onu göstərir ki, son illərdə sənayeləşmə siyasətimiz gözəl nəticələr verir”, İlham Əliyev dedi. Təbii resursların satışı ölkənin gəlirlərini təmin edən əsas meyar olduğu ölkələrdə iqtisadiyyatın təbii resurslardan asılılığını azaltmağa imkan yaradan sənaye sahələrinin inkişafı olduqca vacibdir. Məhz buna görə son illər ərzində ölkə başçısı iqtisadiyyatın qeyri-neft sektorlarının inkişafını və, ələlxüsus, orta və kiçik sahibkarlığın bu baxımdan həvəsləndirilməsini vurğulamışdır. Öz nitqində, Prezident İlham Əliyev həmçinin qeyd etdi ki, qeyri-neft sektorunda rekord nəticələrə nail olunması prosesində bu il istismara verilmiş və istehsalat gücü yüksək olan Karbamid və SOCAR Polymer zavodlarının rolu xeyli böyükdür.