SOCAR POLYMER

Təcrübə Proqramına seçimlərin 1-ci mərhələsi başa çatıb.

Təcrübə Proqramına seçimlərin 2019-cu ilin may ayında baş tutmuş ilkin mərhələsi - “Ərizələrin yoxlanması”nı 296 namizəd uğurla keçmişdir.

2016-2018-ci illər arasında “SOCAR Polymer”də 15 müxtəlif ali təhsil müəssisəsini təmsil edən 59 tələbə üçün təcrübə keçmək imkanı yaradılmışdır. Müsabiqənin qalibi seçilmiş təcrübəçilər Bakı Ali Neft Məktəbində, ADA universitetində, Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində, Bakı Mühəndislik Universitetində, “Royal Holloway University of London” universitetində, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, “French-Azerbaijan University”, “The University of Sheffield”, “Anadolu University”, “Eastern Mediterranean University”, “AGSB University”, “Bilkent University”, “University of Nottingham”, “University of Sheffield” universitetlərində və digər ali təhsil müəssisələrində təhsil alan tələbələrdir. Belə ki, məsələn, 2017-ci ildə öz ixtisas səhələrində nümayiş etdirdikləri bilik və bacarıqlar əsasında 12 müxtəlif ali təhsil müəssisəsini təmsil edən 21 təcrübəçi seçilmişdir. 2016-cı ildə seçilmiş təcrübəçilərin 80% (5 nəfər), 2017-ci ildə - 20% (6 nəfər) və nəhayət 2018-ci ildə - 29% (4 nəfər) Bakı Ali Neft Məktəbinin tələbləri idilər. BANM, Bakı Mühəndislik Universiteti və ADA universiteti şirkətimizin təşkil etdiyi Təcrübəçi proqramlarının ən çox finalçısını yetişdirən 3 ən qabaqcıl universitetdir.

2016-cı ildə 13 təcrübəçidən 5-i, 2017-ci ildə 21 təcrübəçidən 15-i və 2018-ci ildə 25 təcrübəçidən 18-i təcrübəçi müddəti başa çatdıqdan sonra “SOCAR Polymer” şirkətində işlə təmin olunmuşdur.