logo
ENGRUS

SOCAR Polymer Borcverənin Etibarlılıq Sınağını uğurla başa çatdırdı

2 yanvar tarixində başladığı Borcverənin Etibarlılıq Sınağını (LRT) SOCAR Polymer mart ayının əvvəlində uğurla başa çatdırdı. LRT, bir borcverənin təyin etdiyi istehsal həcminə və digər şərtlərə uyğun olaraq istehsal müəssisəsinin istismar etibarlılığını nümayiş etdirmək üçün hazırlanmış sınaqdır. Beləliklə, bu LRT çərçivəsində 2 aylıq istehsal hədəfləri Qazprombank tərəfindən əvvəlcədən təyin olunmuşdu.

LRT həmçinin layihənin uğurlu olmasını təmin etmək üçün SOCAR Polymer layihəsi çərçivəsində imzalanan bütün müqavilələrin etibarlılığını təsdiqlədi.