logo
ENGRUS

Aztəminatlı ailələrə bayram sovqatı paylanıldı

İllərdir davam edən ənənəsinə sadiq qalaraq, SOCAR Polymer şirkəti Sumqayıt şəhərinin onlarla ailəsinə və kimsəsizlərə Novruz hədiyyələri paylamaq məqsədilə QAC-ın təşəbbüsünə yenidən qoşuldu.

Builki Novruz tədbiri 19 mart tarixində QAC-ın Sumqayıt şəhər bölməsinin inzibati binasında COVID-19 əleyhinə tətbiq edilən bütün qoruyucu tədbirlərə riayət olunmaq şərtilə təşkil olundu. Belə ki, tədbir iştirakçıları arasında sosial məsafə saxlanıldı və ziyarətçilər ayrı-ayrı saatlarda kiçik qruplar halında inzibati binaya dəvət olundu. Hədiyyələr paylandıqdan sonra adətən musiqi təqdimatları və rəqslərdən təşkil olunan tədbirin ənənəvi əyləncəli hissəsi də eyni səbəbdən keçirilmədi.

QAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova tədbir iştirakçılarını salamlayaraq bayram münasibətilə onları təbrik etdi və qarşıdakı il üçün xoş diləklərini arzuladı. Mətanət xanım həm ailələr, həm də QAC adından SOCAR Polymer rəhbərliyinə Sumqayıt icmalarına davamlı dəstəklərindən dolayı minnətdarlığını çatdırdı. Daha sonra “SOCAR Polymer”in Novruz bayramında plov bişirmək üçün nəzərdə tutulmuş qida məhsullarından ibarət olan hədiyyə səbətləri aztəminatlı ailələrin nümayəndələrinə paylanıldı. Ümumilikdə, 140 ailə şirkətimiz tərəfindən Novruz bayramı payını əldə etdi.

“SOCAR Polymer”lə yanaşı Paşa Sığorta və Paşa Həyat Sığorta şirkətləri də xeyriyyə tədbirində sponsor qismində iştirak edirdilər.

Tədbirdə müəyyən səbəbdən iştirak edə bilməyənlərə isə bayram payları QAC Sumqayıt şəhər bölməsinin könüllüləri tərəfindən evlərində təqdim olundu.