logo
ENGRUS

SOCAR Polymer istehsalat və satış templərini qoruyur

COVID-19 əsaslı tədbirlərin və məhdudiyyətlərin mənfi təsiri ilin 3-cü rüb ixracat statistikasında özünü göstərdi. Belə ki, 3-cü rübdə ixracat rəqəmləri 2-ci rüblə müqayisədə 52% azaldı. Buna baxmayaraq, ixracat dinamikası illik ümumi satış həcmində artım olduğunu göstərir.

Üçüncü rübdə Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Qazaxıstan və Türkiyəyə ixrac həyata keçirilmişdir. 2020-ci ildə MDB ölkələrinə ixrac olunan məhsulun həcmi öncəki ilin eyni dövrü ilə müqayisədə 36% artmışdır. 2020-ci ilin yanvar-sentyabr aylarında ixrac olun məhsulların 42% -i MDB bazarlarına yönəldilmişdir.

3-cü rübdə ümumi ixracatın 70%-i Rusiyanın payına düşmüşdür. Rusiya SOCAR Polymer məhsullarının əsas alıcı olaraq qalmaqdadır.

SOCAR Polymer 2020-ci ilin əvvəlindən Rusiyaya homopolimer PP çeşidlərinin ən böyük ixracatçısına çevrilmişdir. Hal-hazırda bazar tələbatının təxminən 40%-ni təmin edir.

Üçüncü rübdə yerli satışların ixracata nisbəti əvvəlki rübdəki 1: 8 nisbətindən 1: 5-ə (3-cü rüb satışların toplam həcminin 20% -i) doğru müsbət istiqamətdə dəyişdi. Ümumi bir tendensiya olaraq, “SOCAR Polymer”in ümumi satışlarındakı yerli satışın payı davamlı olaraq artmaqdadır və 2020-ci ilin yanvar-sentyabr dövründə bu rəqəm təqribən 3 dəfə artmışdır. 3-cü rübdə yerli satışlar ümumi satışların 19,5% -ni təşkil etmişdir.

SOCAR Polymer məhsullarını həm avtomobil yolu, həm dəmiryolu, həm də dəniz yolu ilə ixrac edir. Bu ilin iyul ayında 1020 ton BİPP-in HB0322BF növü Rusiyaya gedən yeni bir marşrut xətti ilə ADY Express dəmiryolları tərəfindən Qazaxıstana ixrac edildi.