logo
ENGRUS

SOCAR Polymer 2020-ci ilin yekunlarını cəmləşdirdi

Karantin tədbirləri səbəbindən bütün dünyada baş verən iqtisadi tənəzzülə baxmayaraq, SOCAR Polymer 2020-ci ildə ixracatını artırmağa və istehsala davam etməyə müvəffəq oldu. İlin üçüncü rübü, əsasən, planlı əsaslı təmir fəaliyyətləri ilə əlaqədar olaraq profilaktik təmir və modernizasiya işlərinə həsr olundu.

2020-ci ilin əvvəlində istehsal həcmi planlı əsaslı təmir müddətindən əvvəl artdı. Belə ki, 2020-ci ilin ilk 7 ayında 2019-cu ilin eyni dövrü ilə müqayisə etdikdə 83% artım qeydə alındı. Planlı əsaslı təmir fəaliyyətlərinin həyata keçirilməsi səbəbindən istehsal göstəriciləri 2020-ci ilin ikinci yarısında dəyişkən oldu.

SOCAR Polymer 2020-ci ilin birinci yarısında 2019-cu ildəkindən daha çox polimer satmağa müvəffəq oldu. Belə ki, SOCAR Polymer 2020-ci ilin ilk yarısında 2019-cu ilin eyni dövrü ilə müqayisədə iki dəfə daha çox məhsul ixrac etdi. Yekunda 2020-ci ildə satılan polimer həcmi ötən ilki rəqəmi 65% üstələdi. Qeyd etmək lazımdır ki, istehsal başlayandan bəri  ən yüksək satış göstəricisi 2020-ci ilin iyun ayında qeydə alındı.

2020-ci ildə SOCAR Polymer ümumilikdə 142 min ton PP və YSPE istehsal edərək öncəki ilə nəzərən nəticəsini 42% yaxşılaşdırdı.Beləliklə, 2020-ci ildə 2019-cu illə müqayisədə PP və YSPE istehsalında uyğun olaraq 12% və 185% artım qeydə alındı.

Ümumi məhsulun 87,6% -i ixrac edildi. SOCAR Polymer məhsullarının 2020-ci ildə əsas alıcıları Türkiyə, Rusiya və Çin oldu. SOCAR Polymer RF-nin homopolimer PP markalarına olan tələbatının 40-60% -ni qarşılamaqla ilin əksər hissəsində Rusiyaya bu markalarının əsas ixracatçısı olaraq qaldı.

Ixrac həm avtomobil yolu, həm dəmiryolu, həm də dəniz yolu ilə həyata keçirildi. Bu ilin iyul ayında BİPP Rusiyaya gedən yeni bir marşrut xətti ilə ADY Express dəmiryolları tərəfindən Qazaxıstana ixrac edildi.

SOCAR Polymer 2020-ci ildə, xüsusilə, məhdud sərhədyanı ticarət şəraitində yerli müəssisələrin polimer xammalı ilə təchizatına xüsusi diqqət ayırdı. Yerli satışların ümumi satışlardakı payı 2020-ci ilin yanvarından sentyabrına qədər davamlı olaraq artmağa davam etdi və bu göstərici dördüncü rübdə 16.5% təşkil etdi. Ümumilikdə, 2020-ci ildə yerli satışların həcmi 2019-cu illə müqayisədə üç dəfə artdı. Nəticədə, yerli satışların ixracata nisbəti 1:16-dan (2019-cu ildə) 1:7-yə (22 dekabr 2020-ci il tarixinədək) kimi dəyişdi. 2020-ci ildə əsas yerli alıcılarımız Meqa-Plastik MMC, Ram BNT Ltd və Azertexnolayn MMC şirkətləri olmuşdur.