logo
ENGRUS

SOCAR Polymer iki yeni random-kopolimer PP markalarını təqdim etdi

SOCAR Polymer ilk iki random kopolimerini (RKP) istehsal etməklə, yüksək göstəricilərə malik polipropilen çeşidləri portfelini genişləndirib. Bu çeşidlər bir sıra digər faydalarla birlikdə injeksiya yolu ilə nazik divarlı qəlibləmə (TWIM) vasitəsi ilə sərt qablaşdırmanı təmin etmək üçün hazırlanmışdır.

 

2018-ci ilin iyul ayında PP zavodunun açılışından bu yana 25-dən çox müxtəlif PP markaları istehsal etmiş SOCAR Polymer məhsul portfelini genişləndirməyə davam edir.

Məhsulların inkişaf etdirilməsi prosesində SOCAR Polymer şirkəti İYNDQ üçün nəzərdə tutulmuş RKP sinfinə aid məhsullarını tamamilə yenidən işləyib hazırlamağı qərar verdi. Məhsullar yenidən işlənib hazırlandı və Millad NX 8000 maddəsi istehsal reseptinə əlavə edildi.

Təqdim olunan iki yeni marka RB4545MO (ərintinin axıcılıq indeksi 45 olan) və RB6545MO-dur (ərintinin axıcılıq indeksi 65 olan). Bu axıcılıq indeksi random kopolimerlərdən İYNDQ yolu ilə istehsal olunan əksər əşya və malların istehsalı üçün əlverişlidir.

Bu materialların məqsədi son qəlibləmə məhsullarının mükəmməl estetik keyfiyyətləri və təhlükəsizliyi ilə yanaşı, emal qabiliyyətinin, habelə yaxşı mexaniki və optik xüsusiyyətlərinin ən münasib tarazlığını təmin etməkdir. Milliken şəffaflaşdırıcısının istifadəsi sözügedən məhsulları üstün şəffaflıq və aydınlıq ilə təmin edir ki, bu da digər plastik materialların əvəzinə məhz bu, yüksək təkrar emal qabiliyyətinə malik məhsulların istifadəsinə geniş imkanlar yaradır.

RB4545MORB6545MO çeşidləri qidanın saxlanması üçün şəffaf və bərk qabların istehsalı üçün idealdır. Bu cür şəffaf qablaşdırmanın əsas üstünlüyü ondan ibarətdir ki, qida istehsalçıları qablaşdırmanın içindəki məhsulu istehlakçılara nümayiş etdirməklə alıcıları daha rahat cəlb edir və daha yüksək satış göstəricilərinə nail olurlar.

Adi halda polipropilen tamamilə şəffaf bir polimer deyil. Qeyri-şəffaflığı azaltmaq və PP-ni aydınlaşdırmaq məqsədilə polimer istehsalı prosesində xüsusi qatqılar tətbiq olunur.

Əlavə olaraq, Millad NX 8000 ilə təkmilləşdirilmiş bu polimerlər daha aşağı temperaturlarda və daha qısa dövr vaxtına emal oluna bilər ki, bu da inyeksiya ilə qəlibləmə zamanı enerjiyə qənaət etməyə imkan verir. Müstəqil olaraq təsdiqlənmiş daha az enerji istifadəsi, brend sahiblərinə bu PP markalarından inyeksiyalı qəlibləmə üsulu ilə hazırlanmış qablaşdırmanın üzərində “Anderrayterlər” Laboratoriyası “Ətraf Mühit üçün zərərsiz” etiketini yapışdırmağa imkan yaradır. Bu etiket brend sahiblərinin davamlılıq öhdəliklərinə sadiq olmasına bir daha diqqət çəkir.

Bu SOCAR PP markaları həmçinin sərtlik (möhkəmlik), zərbəyə müqavimət, eləcə də antistatika və qəlibdənqopma xüsusiyyətləri ilə seçilən ehtiyat hissələrinin istehsalında istifadə olunur. İstehsalında üzvi peroksid istifadə olunmayan bu markalar qida ilə təmasda təhlükəsiz olmaqla yanaşı istehsalın hər hansı bir mərhələsində ftalat birləşmələri olan katalizatorlardan və kimyəvi maddələrdən istifadəni qadağan edən “SOCAR Polymer”in “sıfır ftalat fəlsəfəsi”nə riayət edən məhsullardır.

Bu polimerlərin üstün axıcılıq qabiliyyəti onları İYNDQ üsulu ilə hazırlanan qapaq, bağlama, kontenyner və ev əşyalarının, habelə yüksək şəffaflıqlı qablaşdırmanın istehsalı üçün ideal edir.

SOCAR Polymer hazırda bu məhsulları Rusiyada və Müstəqil Dövlətlər Birliyinin digər ölkələrindəki müştərilərə satır.